“Neftçi” “Qarabağ”la oyunun hazırlığına start verdi

XƏBƏR 21 Aprel 2009 / 16:11 2170
-  A +

“İnter”lə oyundan sonra bir günlük istirahətə buraxılan “Neftçi” bu gündən etibarən “Qarabağ”la matçın hazırlığına başlayıb. Qol.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, komanda üzvləri səhər saatlarında klubun bazasındakı meydançada məşq keçib. Sabahdan etibarən isə “Neftçi”nin üzvləri hazırlıq prosesini intensivləşdirərək, gündə iki dəfə məşq keçəcəklər.

Daha çox


Son xəbərlər