Kasilyas: "Ronaldo səviyyəsində bir futbolçu görmədim"

Kasilyas: "Ronaldo səviyyəsində bir futbolçu görmədim"
XƏBƏR 16 Mart 2012 / 12:24 2380
-  A +

"Real" (Madrid) klubunun qapıçısı İker Kasilyas komanda yoldaşı Kriştiano Ronaldo haqda xoş sözlər deyib.

Qol.Az-ın məlumatına görə, "Marka"ya danışan ispaniyalı qapıçı Ronaldo kimi oyunçu görmədiyini bildirib:

"Ronaldo səviyyəsində bir futbolçu görmədim. Onun statiskaları inanılmazdır. Məncə, portuqaliyalı futbolçu uğurları ilə braziliyalı Ronaldonu da geridə qoyub. Ümid edirəm ki, Ronaldonun qazanacağı uğurlar hələ qabaqdadır".

Daha sonra Çempionlar Liqasının 1/4 final mərhələsinin bu gün keçiriləcək püşkatmasına münasibət bildirən Kasilyas bu haqda belə danışıb:

"Ötən mövsüm "Barselona" ilə 4 dəfə qarşılaşdıq və bu oyunların heç birinə hazır deyildik. Bu dəfə də onlarla qarşılaşmağımız problem olmayacaq. Bu mövsüm daha yaxşı çıxış edirik. Hər komanda ilə mübarizə aparacaq gücdəyik".

Daha çox


Son xəbərlər