Arda Turan: "Barselona"nı örnək alırıq"

Arda Turan: "Barselona"nı örnək alırıq"
XƏBƏR 16 Mart 2012 / 02:56 2176
-  A +

"Atletiko" (Madrid) klubunun türkiyəli futbolçusu Arda Turan Avroliqanın 1/8 final mərhələsinin az öncə başa çatmış "Beşiktaş"la cavab qarşılaşmasını dəyərləndirib.

Qol.Az-ın məlumatına görə, Türkiyə mətbuatına danışan Arda komandasının "Barselona"nı örnək aldığını bildirib:

"Bu oyunda daha intizamlı oynadıq. İstanbulda lazımi nəticəni əldə etdik və buna görə çox xoşbəxtəm. Topla olduğumuz zaman komandada hər kəs hərəkətlənir. Biz "Barselona"nı örnək alırıq. Təbii ki, onlar kimi oynaya bilməsək, bunu etməyə çalışırıq".

Qeyd edək ki, öz meydanında "Beşiktaş"ı 3:1 hesabı ilə məğlub edən "Atletiko" səfərdə də rəqibindən güclü olub - 3:0.

Daha çox


Son xəbərlər