Roberto Karlosa banan atan tapıldı (FOTO)

Roberto Karlosa banan atan tapıldı (FOTO)
XƏBƏR 16 Mart 2012 / 02:17 2155
-  A +

Rusiyanın “Krılya Sovetov” klubu “Anji” ilə 2011-ci il iyunun 22-də keçirilmiş ölkə çempionatı matçında stadionun tribunasından meydançaya banan atan azarkeşi tapıb.

Qol.Az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, “Metallurq” stadionunda belə hərəkətə yol verən şəxs Samara sakini Vyaçeslav Proxorov olub.

Proxorov videomüraciətində meyvəni meydançaya atarkən, heç bir irqçi motiv güdmədiyini bildirib. O, həmin oyunda Roberto Karlosun komandasından 3 top buraxan “Krılya Sovetov”a etirazını bu formada çatdırmaq istədiyini söyləyib.

Rusiya qanunvericiliyinə əsasən, belə davranışda cinayət tərkibi yoxdur. Üstəlik, Proxorovun stadiona girişini də qadağan etmək olmaz. O, istənilən oyuna bilet almaq hüququna malikdir. Lakin “Krılya Sovetov” rəhbərliyi bu azarkeşi 300 min rubl cərimələyə bilər. Çünki klub məhz bu məbləğdə cərimələnib.

Qeyd edək ki, Rusiya Premyer Liqasının XV turunda keçirilmiş görüşdə “Krılya Sovetov” “Anji”yə böyük hesabla uduzub – 0:3.

 

Daha çox


Son xəbərlər