Sergey Yuran: "Mən ağa qara deyə bilmərəm"

Sergey Yuran: "Mən ağa qara deyə bilmərəm"
XƏBƏR 15 Mart 2012 / 13:51 1930
-  A +

"Simurq" klubunun sabiq baş məşqçisi Sergey Yuranın Rusiya mətbuatına müsahibəsi

- Siz demişdiniz ki, "Simurq"la müqavilə şərtlərinizi ictimaiyyətə təqdim edəcəkdiniz. Təqdim etdiniz?

- Təqdim etdim. Çoxları inanmadı. Onlar düşünürdülər ki, mən "Simurq"la astronomik məbləğ müqabilində müqavilə bağlamışam. Buyurun baxın. Onlar müqavilə şərtlərini gördükdə çox təccübləndilər. "Bu məbləğə görə keçmisən "Simurq"a? - deyə soruşdular. Mənim Azərbaycanda aldığım maaş heç də yüksək məbləğ deyildi. Hətta orta, yerli standartlara uygun idi. Mənim qarşıma vəzifə qoyulmuşdu. Güclü kollektiv yaratmaq, hansıki bu, daha əvvəl komandada yox idi.

- "Simurq"dakı fəaliyyətinizin uğursuz olduğunu düşünmürsüz?

- Bu, məni narahat etmir. Mən orada hörmət qazanmışdım. Unibank Premyer Liqasının iddialı klubları Zaqatalaya 2 gün öncə gəlirdi. "Neftçi", "Qarabağ" və "Xəzər Lənkəran". Halbuki, onlar digər komandalarla görüşlərdə səfərə oyun günü gedirdilər.

- "Simurq" sizin karyeranızda nəticə verməyən ilk komanda oldu...

- Məncə, təcrübə vacibdi. Bizim ölkədə bu çətindir. Əgər nəticə varsa, işlyirsən, nəticə yoxdursa, öyrənirsən, fikirləşirsən. Ancaq bizdə belə asılılıq yoxdu. Bunu izah etmək mümkün deyil. Bəlkə də daha çevik olmalısan. Məndə belə xarakter yoxdu. Mən ağa qara deyə bilmərəm. Kimsə mənim haqda qərar verə bilməz. "Sergey götür bu futbolçuları və onları məşq etdir". Bu, mənim fəlsəfəmə uyğun deyil.

- Azərbaycanda işlədiyiniz dönəmdə məşqçiliklə yanaşı, futbolçulara dost ola bildinizmi?

- Məncə, buna nail olmuşam. Hətta mən Zaqatalanı tərk edəndə bəzi yerli futbolçular mənə təşəkkür etdi. Mənim "Simurq"a gəlişimə qədər komandada təlim-məşq toplanışı yox idi. Bu, mənim gəlişimdən sonra baş verdi.

- Nə vaxtdan özünüzü peşəkar məşqçi kimi hiss etməyə başladınız?

- Bu, Azərbaycana qədər Qazaxıstanda baş verib. Astana "Lokomotiv"ində işlədiyim vaxtlar komandada Tixonov, Titov və Şatskix kimi usta futbolçular çıxış edirdi. Həmin oyunçularla yalnız işləmək lazım idi. Artıq o dövrlərdən özümü peşəkar məşqçi kimi hiss etməyə başladım. 

Daha çox


Son xəbərlər