Unibank Premyer Liqada fevralın ən yaxşı oyunçusu məlumdur

XƏBƏR 14 Mart 2012 / 19:34 2700
-  A +

Unibank Premyer Liqada fevral ayının ən yaxşı oyunçusu artıq məlumdur.
Qol.Az-ın məlumatına görə, futbol klublarının baş məşqçiləri və kapitanları, həmçinin KİV nümayəndələri arasında aparılmış sorğunun nəticələrinə görə ötən ayın "ən yaxşı oyunçusu" seçilmiş futbolçunun mükafatlandırılması mərasimi martın 15-də keçiriləcək. UniPlaza-da təşkil olunacaq tədbir saat 17.00-da başlanacaq.

Qeyd edək ki, hələlik nə PFL, nə də Unibank qalibin adını açıqlamır.

Lakin güman olunur ki, ötən ayın ən yaxşı futbolçusu "Qarabağ"dan ya Əfran İsmayılov, ya da Georgi Adamiya olacaq.

Daha çox


Son xəbərlər