Ruslan Abışov: "Belə vəziyyətdə məsuliyyət də birə-iki artır"

Ruslan Abışov: "Belə vəziyyətdə məsuliyyət də birə-iki artır"
XƏBƏR 14 Mart 2012 / 18:37 1711
-  A +

"Bu matçda meydana komandanın kapitanı qismində çıxmışdım. Təbii ki, belə vəziyyətdə məsuliyyət də birə-iki artır".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin müdafiəçisi Ruslan Abışov "Kəpəz"lə oyundan sonra (2:1) klubun rəsmi saytına açıqlamasında deyib.

Abışov görüşlə bağlı daha sonra bunları bildirib: "Əsas heyətin bir neçə futbolçusu bu qarşılaşmada meydanda deyildi. Bununla belə, qələbə qazanmağı bacardıq. Cavab oyununda da azarkeşlərimizi sevindirməyə çalışacağıq".

Daha çox


Son xəbərlər