Adriano "Korintians"dan qovuldu

Adriano "Korintians"dan qovuldu
XƏBƏR 14 Mart 2012 / 00:46 1995
-  A +

“Korintians” klubu Braziliya milli komandasının sabiq futbolçusu Adriano ilə müqaviləni pozub.

Qol.Az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, belə qərara “sambaçı”nın pis fiziki formada olması səbəb göstərilib.

30 yaşlı hücumçunun müqaviləsi iyunda yekunlaşacaq. Lakin “Korintians” anlaşmanı vaxtından əvvəl pozmağı məqsədəuyğun sayıb. Klubun idman direktoru Roberto de Andrade bildirib ki, Adrianoya kömək üçün hər şeyi ediblər. Lakin təcrübəli forvard heç cür formaya düşməyib.

Fevralda “Korintians” rəhbərliyi Adrianodan 98-99 kq-dək arıqlamağı tələb edib. Lakin o, məşqlərə səhlənkar yanaşıb. Martın 9-da keçirilən məşqdən sonra futbolçu çəkiölçməyə qatılmaqdan imtina edib, martın 11-də isə axşam məşqindən icazə alıb. Klub rəsmilərinin isə səbr kasası daşıb.

Qeyd edək ki, Adriano “Korintians”a 2011-ci ilin martında İtaliya “Roma”sından keçib. Lakin o, tezliklə ciddi zədələnib. Forvard 2012-ci il mövsümündə San-Paulu ştatının çempionatında 3 oyuna 1 qol vurub. Adriano İtaliyada “Parma” və “İnter”də çıxış etdiyi vaxt məşhurlaşıb. “Sambaçı” “İnter”in heyətində 3 qat İtaliya çempionluğu əldə edib. Braziliya yığmasında isə o, 51 oyuna 29 qol vurub.

Daha çox


Son xəbərlər