Aykut Kocaman daha 3 il "Fənərbaxça"da

Aykut Kocaman daha 3 il "Fənərbaxça"da
XƏBƏR 13 Mart 2012 / 15:41 1424
-  A +

"Fənərbaxça" klubunun baş məşqçisi Aykut Kocaman komandası ilə müqaviləsini yeniləyib.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 46 yaşlı mütəxəssis "sarı lacivərdli" klubla 3 illik müqavilə imzalayıb.

2015-ci ilə qədər "Fənərbaxça"nı çalışdıracaq Kocaman bu haqda fikirlərini bölüşüb: "İyulun 3-dən bu yana bir sıra xoşagəlməz hadisələrlə üzləşdik. Bu müddətdə hər zaman doğru danışmağa çalışdıq.

"Fənərbaxça" camiası da bütün bu baş verənlərə layiqli cavabını verdi. Bizi ayaqda saxlayan güclərdən biri də futbolçularda olan "Fənərbaxça" ruhu idi. Buna görə də oyunçularıma təşəkkür edirəm. Artıq yeni dönəm başlayır. Bundan sonra da komandaya layiq olacağıma inanıram".
  
Qeyd edək ki, Kocamanın "Fənərbaxça"da işləyəcəyi 3 il müddətində 1 milyon 750 min dollar qazanacağı bildirilir.

Daha çox


Son xəbərlər