Runi: "Messi tarixin ən yaxşı futbolçusudur"

Runi: "Messi tarixin ən yaxşı futbolçusudur"
DÜNYA FUTBOLU 9 Mart 2012 / 14:00 2701
-  A +

İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Ueyn Runi İspaniya “Barselona”sının hücumçusu Lionel Messinin oyununu şərh edib.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, Runi öz “twitter” səhifəsində argentinalı oyunçunun “Bayer”ə qarşı Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşündəki çıxışından yazıb.

“Messi – nəsə bir varlıqdır. Mənim üçün o, tarixin ən yaxşı futbolçusudur” - deyə ingiltərəli forvard vurğulayıb.

Qeyd edək ki, “Bayer”lə qarşılaşmada Lionel Messi 5 dəfə fərqlənib. O, Çempionlar Liqasındakı qollarının sayını 49-a çatdırıb. Görüş “Barselona”nın 7:1 hesablı qələbəsi ilə nəticələnib.


Son xəbərlər