Ronaldo: "Mançester Yunayted"ə qayıdacağam"

Ronaldo: "Mançester Yunayted"ə qayıdacağam"
XƏBƏR 26 Fevral 2012 / 00:47 3278
-  A +

"Real" (Madrid) klubunun ulduzu Kriştiano Ronaldo bir gün yenidən "Mançester Yunayted"ə qayıdacağını bildirib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, portuqaliyalı futbolçu sabiq komanda yoldaşı Rio Ferdinandla söhbət əsnasında belə deyib:

"Gələcəkdə nələrin olacağını söyləmək çətindir. Ancaq hər şey ola bilər. Hələ ki, bütün diqqətimi "Real"ın uğurlarına yönəltmişəm. Burada daha bir neçə rekord qırmaq istəyirəm. Bu vəzifəni yerinə yetirdikdən sonra "Mançester Yunayted"ə qayıdacağam".

Qeyd edək ki, Ronaldo 2009-cu ildə 94 milyon avro müqabilində "Mançester Yunayted"dən "Real"a transfer olunmuşdu.

Daha çox


Son xəbərlər