Subaşiçin komandası uduzdu

XƏBƏR 13 Aprel 2009 / 15:50 2223
-  A +

Milli komandamızın hücumçusu Branimir Subaşiçin çıxış etdiyi Çinin “Çanqçun Yatay” klubu ölkə çempionatının dördüncü turu çərçivəsində növbəti oyunu keçirib. Qol.Az-ın məlumatına görə, Subaşiçin klubu səfərdə “Şandun Lunen”in qonağı olub. Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşma meydan sahiblərinin 3:2 hesablı qələbəsiylə başa çatıb. Branimir Subaşiç 90 dəqiqə meydanda olsa da, fərqlənə bilməyib. Bu məğlubiyyətdən sonra Subaşiçin komandası turnir cədvəlində beşinci pilləyə enib.   

Daha çox


Son xəbərlər