"Azərbaycanla oyunda debüt edəcəyimə inanıram"

"Azərbaycanla oyunda debüt edəcəyimə inanıram"
XƏBƏR 23 Fevral 2012 / 18:17 2021
-  A +

Fevralın 24-də Azərbaycan millisi ilə yoldaşlıq görüşü keçirəcək Sinqapur yığmasının gənc futbolçusu İrvan Şah görüşlə bağlı fikirlərini bölüşüb.

Qol.Az-ın məlumatına görə, 23 yaşlı futbolçu millimizlə oyunda Sinqapur yığmasının heyətində debüt edəcəyinə inandığını bildirib:

"Dubayda təlim-məşq toplanışı çərçivəsində Azərbaycan və İraqla yoldaşlıq görüşləri keçirəcəyik. Bu oyunların asan keçməyəcəyini bilirəm. Həmişə öz şansımı gözləmişəm. İnanıram ki, Azərbaycanla oyunda millinin heyətində debüt edəcəyəm və komandamın qələbəsi üçün əlimdən gələni əsirgəməyəcəyəm".

Qeyd edək ki, fevralın 24-də keçiriləcək Azərbaycan - Sinqapur oyunu Bakı vaxtı ilə saat 17:30-da başlayacaq

Daha çox


Son xəbərlər