Coko Haciyevski kimə təşəkkür etdi?

XƏBƏR 11 Aprel 2009 / 20:31 2224
-  A +

“Bugünkü oyun çox çətin keçdi. Çünki rəqibimiz güclü komanda idi”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Standard”la oyunsonrası mətbuat konfransında “Bakı”nın baş məşqçisi Coko Haciyevski deyib. Makedoniyalı mütəxəssis gözəl oyuna görə, futbolçularına təşəkkür edib: “Mən uşaqlara öz təşəkkürümü bildirirəm. Çünki onlar bu gün çox yaxşı oynadılar. Meydanda bütün bacarıqlarını qoydular. “Olimpik”ə məğlubiyyətdən sonra əsas heyətin 4 üzvünü itirmişdik. Bu gün onların yoxluğu az da olsa, özünü göstərdi”.

Daha çox


Son xəbərlər