“Mançester Yunayted” bu dəfə də “Portu”yla bacarmadı

“Mançester Yunayted” bu dəfə də “Portu”yla bacarmadı
DÜNYA FUTBOLU 8 Aprel 2009 / 11:27 2973
-  A +

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin oyunları start götürüb. Qol.Az-ın məlumatına görə, dünən keçirilən hər iki oyunda qalib aşkarlanmayıb.
Turnirin son qalibi “Mançester Yunayted” gözlənilmədən öz meydanında Portuqaliya təmsilçisi “Portu”yla bərabərə qalıb - 2:2. Xatırladaq ki, 6 il əvvəl də - 2003/04 mövsümündə “Portu” 1/8 final mərhələsində “Qırmızı şeytanlar”la qarşılaşmışdı. Həmin vaxt da portuqaliyalılar “Old Trafford”da “Mançester Yunayted”ə uduzmamışdı.
İngiltərənin turnirdəki digər təmsilçisi “Arsenal” isə İspaniya səfərindən əlverişli nəticə ilə qayıdıb. Bu gün keçiriləcək iki oyunla 1/4 final mərhələsiin ilk oyunlarına yekun vurulacaq.

 “Mançester Yunayted” (İngiltərə) - “Portu” (Portuqaliya) - 2:2
Qollar:
Runi, 16; Teves, 86 - Rodriges, 4; Qonsales, 89

“Vilyarreal” (İspaniya) – “Arsenal” (İngiltərə) - 1:1
Qollar
:Da Silva, 10 - Adebayor, 66

Bu gün saat 23:45-də
 
“Liverpul” (İngiltərə) – “Çelsi” (İngiltərə)

“Barselona” (İspaniya) – “Bavariya” (Almaniya)


Son xəbərlər