"Real"ın sabiq baş məşqçisi vəfat etdi

"Real"ın sabiq baş məşqçisi vəfat etdi
XƏBƏR 14 Yanvar 2012 / 13:09 2314
-  A +

"Real" (Madrid) klubunun və keçmiş Yuqoslaviya yığmasının sabiq baş məşqçisi Milyan Milyaniç vəfat edib.

Qol.Az-ın məlumatına görə, Milyaniç uzun sürən xəstəliyin ardından 82 yaşında Serbiyanın paytaxtı Belqradda dünyasını dəyişib.

Mərhumun cənazəsinin çərşənbə axşamı Belqradda torpağa tapşırılacağı bildirilir.

Qeyd edək ki, "Real" ilə İspaniyada iki dəfə çempionluq sevinci yaşayan serbiyalı mütəxəssis La Liqada digər komanda "Valensiya"nı da çalışdırıb. 

Daha çox


Son xəbərlər