Mourinyo: "Ronaldodan yaxşısı varmı?"

Mourinyo: "Ronaldodan yaxşısı varmı?"
XƏBƏR 14 Yanvar 2012 / 12:04 2133
-  A +

"Real" (Madrid) klubunun baş məşqçisi Joze Mourinyo komandanın portuqaliyalı ulduzu Kriştiano Ronaldonun son zamanlar müzakirə olunmasına münasibət bildirib.

Qol.Az-ın məlumatına görə, Ronaldoya qarşı təzyiqlərin olmasını əsassız hesab edən portuqaliyalı mütəxəssis həmyerlisinin müdafiəsinə qalxıb:

"Ronaldonu müzakirə etməzdən öncə onun statistikalarına baxın. Hazırda Ronaldodan çox qol vuran bir dənə oyunçu var ki, o da Estoniya çempionatında çıxış edir. Sizcə, Ronaldodan yaxşısı varmı? Məncə, bütün bu təzyiqlər əsassızdır. Ronaldo yenidən öz sözünü deyəcək".

Qeyd edək ki, bu mövsüm 17 oyunda forma geyinən Ronaldo 21 dəfə rəqib qapılarına yol tapıb.


Son xəbərlər