Əziz Yıldırım: "Fənərbaxça" aşağı liqaya düşürülməzsə..."

Əziz Yıldırım: "Fənərbaxça" aşağı liqaya düşürülməzsə..."
DÜNYA FUTBOLU 14 Yanvar 2012 / 11:46 3060
-  A +

Danışılmış oyunlarda günahlandırılaraq "Metris" həbsxanasına göndərilən "Fənərbaxça" prezidenti Əziz Yıldırım maraqlı açıqlamaları ilə diqqət çəkib.

Qol.Az-ın məlumatına görə, 58-ci maddənin dəyişdirilməsinə qarşı olduğunu bildirən Yıldırım "Fənərbaxça"nın aşağı liqaya düşürülməsini tələb edib.

"Türkiyə futbolunda rüşvət, təşviq və təşəbbüs məfhumları bir-birindən ayrıla bilməz. Bunları bir-birindən ayırmaq istəyənlərin əsas məqsədi isə yenə "Fənərbaxça" və Əziz Yıldırımın adından istifadə etməklə bəzi şəsxləri və klubları xilas etməkdir.

Buna görə də xalların silinməsi və 58-ci maddə üzərində hər hansı bir dəyişikliyin edilməsinə qarşıyıq. Əgər "Fənərbaxça"nın günahı sübuta yetirilərsə, komanda aşağı liqaya düşürülməlidir. Əgər "Fənərbaxça" aşağı liqaya düşürülməzsə, bu bizim əlimizlə həyata keçiriləcək".


Son xəbərlər