Balotelli yenə diqqət mərkəzində

Balotelli yenə diqqət mərkəzində
XƏBƏR 13 Yanvar 2012 / 18:56 2339
-  A +

"Mançester Siti" klubunun qalmaqallı futbolçusu Mario Balotelli yenidən diqqət mərkəzinə düşüb.

Qol.Az-ın məlumatına görə, italiyalı futbolçu təbii ehtiyacını ödəmək üçün yaxınlıqdakı kollecin tualetinə üz tutub.

Kollecin tələbələrindən tualetin yerini soruşan Balotelli onu görənləri şoka salıb. Dərhal "Mançester Siti"nin fanatları onu əhatəyə alaraq şəkillər çəkdirməyə başlayıblar.

Qeyd edək ki, Balotellinin kollecdə olduqca rahat hərəkət etdiyi və hətta bəzilərinin onu məktəb direktoruna bənzətdiyi də bildirilir.

Daha çox


Son xəbərlər