"Çelsi"nin sabiq baş məşqçisi "Partizan"la anlaşdı

"Çelsi"nin sabiq baş məşqçisi "Partizan"la anlaşdı
XƏBƏR 13 Yanvar 2012 / 17:23 2205
-  A +

"Çelsi" klubunun sabiq baş məşqçisi Avraam Qrant özünə yeni iş yeri tapıb.

Qol.Az-ın məlumatına görə, israilli mütəxəssis Serbiyanın "Partizan" klubu ilə bir illik müqavilə imzalayıb.

Qrant "Partizan"da çalışacağı bir il müddətində 1,1 milyon avro qazanacaq. Lakin Qrant "Partizan"ı Çempionlar Liqasına daşıyacağı təqdirdə daha 500 min avro mükafat alacaq.

Qeyd edək ki, son olaraq "Vest Hem"i çalışdıran 56 yaşlı mütəxəssis komandasının aşağı diviziona yuvarlanması ilə klubdan qovulmuşdu.

Daha çox


Son xəbərlər