Ramazanov: "Məqsədim əsas heyətdə yer almaqdır"

XƏBƏR 13 Yanvar 2012 / 11:00 1926
-  A +

"Antalya hazırlıqları bizim kimi gənc futbolçuların inkişafı üçün əla imkandır. Bizə verilən tapşırıqları ən yaxşı formada yerinə yetirməyə çalışırıq".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin futbolçusu Ağabala Ramazanovun klubun rəsmi saytına bildirib.

"Məqsədim əsas komandanın start heyətində yer almaqdır. Əvəzedici komandadan olan yoldaşlarımdan da 6-sı burdadır. Yeri gəlmişkən, əvəzedicilərdən ibarət komandamız ayın 19-dan Türkiyədə məşqlərə başlayacaq. Bu isə o deməkdir ki, "Neftçi"də yerli futbolçuların inkişafına xüsusi diqqət yetirilir" - deyə o qeyd edib.

 

Daha çox


Son xəbərlər