İspaniya kuboku: "Valensiya" "Sevilya" üçün keçilməz oldu

İspaniya kuboku: "Valensiya" "Sevilya" üçün keçilməz oldu
DÜNYA FUTBOLU 12 Yanvar 2012 / 03:40 2917
-  A +

İspaniya kubokunun 1/8 final mərhələsinin cavab görüşləri keçirilib. Qol.Az-ın məlumatına görə, ilk oyun günündə 3 qarşılaşma baş tutub.

Səfərdə "Alkorkon"a 1:2 hesabı ilə məğlub olan "Levante" doğma azarkeşləri önündə rəqibinə heç bir şans verməyib. Rəqibini 4 cavabsız qolla məğlub edən "Levante" növbəti mərhələyə adlayıb.

Öz meydanında "Kordoba"nı qəbul edən "Espanyol" da inamlı qələbə qazanıb. Səfərdə rəqibinə 1:2 hesabı ilə uduzan Kataloniya təmsilçisi evdə bu məğlubiyyətin əvəzini layiqincə çıxıb - 4:2.

Günün son qarşılaşması isə Sevilyada baş tutub. Burada yerli "Sevilya" klubu "Valensiya" ilə qarşılaşıb. Səfərdə rəqibinə 0:1 hesabı ilə məğlub olan əndəlusiyalılar evdə 2:1 hesablı qələbə qazanıblar. Lakin səfər qolu sayəsində "Valensiya" növbəti mərhələyə adlayıb.
 
Qeyd edək ki, 1/8 final mərhələsinin cavab görüşlərinə bu axşam keçiriləcək 2 oyunla yekun vurulacaq.

 

10 yanvar

İspaniya kubokunun 1/8 final mərhələsinin cavab görüşləri

"Malyorka" - "Real" (Sosyedad) - 6:1 (ilk oyun - 0:2)
Qollar: İfran, 16 (0:1), Kastro, 34 (1:1), 40 (4:1), Hemad, 35 (2:1), 59 (6:1), Nunes, 37 (3:1), Alfaro, 53 (5:1)

"Santander" - "Mirandes" - 1:1 (ilk oyun - 0:2)
Qollar:
Münitis, 35 (1:0), İnfante, 72-pen (1:1)

"Malaqa" - "Real" (Madrid) - 0:1 (ilk oyun - 2:3)
Qol:
Benzema, 72 (0:1)

 

11 yanvar

"Levante" - "Alkorkon" - 4:0 (ilk oyun - 1:2)
Qollar:
Barkero, 23 (1:0), Salvador, 45 (2:0), Visente, 52 (3:0), Suarez, 66 (4:0)

"Espanyol" - "Kordoba" - 4:2 (ilk oyun - 1:2)
Qollar:
Vaskez, 9 (1:0), 20 (2:0), 88 (4:2), Vila, 35 (3:0), Aquilar, 40 (3:1), Diaz, 49 (3:2)

"Sevilya" - "Valensiya" - 2:1 (ilk oyun - 0:1)
Qollar:
Soldado, 66 (0:1), Rakitiç, 70 (1:1), Ruiz, 90+1-avtoqol (2:1)
 

12 yanvar

"Atletik" (Bilbao) - "Albasete"  (ilk oyun - 0:0)

"Osasuna" - "Barselona"  (ilk oyun - 0:4)


Son xəbərlər