"Mansini Mourinyodan daha yaxşı məşqçidir"

"Mansini Mourinyodan daha yaxşı məşqçidir"
XƏBƏR 11 Yanvar 2012 / 17:52 1958
-  A +

"Mançester Siti" klubunun hücumçusu Mario Balotelli maraqlı açıqlamaları ilə diqqət çəkib.

Qol.Az-ın məlumatına görə, italiyalı futbolçu komandasının baş məşqçisi Roberto Mansinin "Real" (Madrid) klubunun çaışdırıcısı Joze Mourinyodan daha yaxşı məşqçi olduğunu bildirib:

"Hər ikisi təcrübəli mütəxəssisdir. Şəxsən mənim fikrimcə, Mansini Mourinyodan daha yaxşı məşqçidir. Bir məşqçi oyunçularından 100 faizlik nəticə almalıdır. Mansini də bunu çox gözəl bacarır".

Qeyd edək ki, 2015-ci ilə qədər komandası ilə müqaviləsi olan Balotelli mövsümün sonunda "Mançester Siti"dən ayrılacağı haqda yayılan xəbərlərə münasibət bildirməyib. 


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi