Messi türk futbolçular haqda danışdı

Messi türk futbolçular haqda danışdı
XƏBƏR 11 Yanvar 2012 / 14:13 2886
-  A +

Ardıcıl olaraq 3-cü dəfə dünyanın ən yaxşı futbolçusu seçilən "Barselona"lı ulduz Lionel Messi La Liqada forma geyinən türk futbolçular haqda danışıb.

Qol.Az-ın məlumatına görə, Türkiyə mətbuatına müsahibə verən Messi türk futbolçuların çıxışlarını dəyərləndirib:

"Məsut Özilin çıxışını bəyənirəm. O, Almaniya yığmasında da yaxşı oyun nümayiş etdirir. Bu mövsüm Həmid Altıntop və Nuri Şahinin oyununu izləmək şansım olmayıb.

Arda Turana "(Atletiko", Madrid) gəldikdə isə düşünürəm ki, o, komandanın gücünə güc qatdı. Mehmet Topal ("Valensiya") da həmişəki kimi stabil çıxış edir".

Daha çox


Son xəbərlər