2011-ci ilə damğasını vuran hadisələr

2011-ci ilə damğasını vuran hadisələr
DÜNYA FUTBOLU 29 Dekabr 2011 / 02:00 3166
-  A +

Yola salacağımız 2011-ci ildə bir sıra maraqlı futbol hadisələri ilə yadda qalıb. Qol.Az-ın məlumatına görə, bunların içərisində 10 hadisə var ki, bunlar daha çox səs-keyə səbəb olub.



Həmin 10 yadda qalan hadisələrə nəzər salaq:

1. "Barselona" klubu qatıldığı turnirlərin qalibi olmaqla yanaşı, futbol tarixinin ən yaxşı komandası adına yiyələnmək yolunda önəmli addım atdı. Kataloniya təmsilçisi 2011-ci ildə La Liqa və Çempionlar Liqasında çempionluq yaşamaqla yanaşı, dünya klublararası çempionatın da qalibi oldu. "Barselona" yalnız ötən mövsüm İspaniya kubokunun finalında əzəli rəqibi "Real" (Madrid) klubuna (0:1) uduzmaqla bu tituldan məhrum olmuşdu.

2. Yurgen Kloppun rəhbərlik etdiyi "Borussiya" (Dortmund) klubu 2011-ci ildə çempion olmaqla ən gənc komanda kimi Almaniya Bundesliqa tarixinə düşdü. Dortmund təmsilçisinin son 10 ildə 7 dəfə çempionluq yaşayan "Bavariya"nı geridə qoyması Almaniyada böyük səs-küy yaratmışdı.

3. 1986-cı ildən "Mançester Yunayted" klubunu çalışdıran Ser Aleks Fergüsson nəhayət ki, ötən mövsüm "Liverpul" keçmək arzusuna çatdı. Ötən mövsüm ən yaxın izləyiciləri "Çelsi" və "Mançester Siti"ni 9 xal geridə qoyan "qırmızı şeytanlar" İngiltərə Premyer Liqasının ən çox çempion olan komandası kimi tarixə düşdü. Lakin komanda Çempionlar Liqasının finalında "Barselona"ya məğlub olmaqla (1:3) Avropada ikinci olmuşdular.

4. AÇ-2012-nin seçmə mərhələsində millimizlə bir qrupda mübarizə aparan Almaniya yığması yeni rekorda imza atdı. Qrupda keçirdiyi bütün görüşlərdə qələbə qazanan Bundestim 100 faizlik nəticə ilə Ukrayna və Polşada keçiriləcək Avropa çempionatına vəsiqə qazandı. Seçmə mərhələdə 34 qol vuran almanlar, qapılarında cəmi 7 top görüblər. Bunlardan da ikisini Azərbaycan milli komandası Almaniya yığmasının qapısından keçirmişdi. 

5. İtaliya futbolunun ən köklü komandalarından olan "Milan"ın 7 illik həsrətə son qoyması da diqqətlərdən yayınmayıb. Gənc mütəxəssis Massimiliano Alleqrinin komandaya gəlişindən sonra "Milan" uzun sürən həsrətə son qoyaraq çempionluq yaşadı. Lakin komandanın Avropadakı çıxışı uğursuz alındı.

6. 2011-ci ildə yadda qalan hadisələrdən də biri türk futbolçuların "Real" (Madrid) klubuna transfer edilməsi idi. 2010-cu ildə CAR-da keçirilən dünya çempionatından sonra Məsut Özili heyətinə qatan "Real" rəhbərliyi 2011-ci ildə daha iki türk futbolçu ilə gücləndi. Dortmund "Borussiya"sından Nuri Şahin, "Bavariya"dan isə Həmid Altıntop Madrid təmsilçisinə transfer olundu. Onu da qeyd edək ki, Özildən fərqli olaraq Nuri və Həmid Türkiyə milli komandasının şərəfini qoruyurlar.

7. "Liverpul" klubunun əfsanəvi məşqçilərindən olan Roy Hodsonun yenidən komandaya gətirilməsi də komandanı dirçəlişinə səbəb oldu. Ötən mövsüm turnir cədvələnin aşağı pillələrinə yuvarlanan "Liverpul" Hodsonun gəlişi ilə yenidən öz gücünü ortaya qoydu. Uğurlu transferlər edən "mersisaydlılar" alt pillələrdən xilas olaraq Premyer Liqanı 6-cı pillədə başa vurmağı bacarmışdı. 

8. Argentina futbolunun ən köklü klublarından olan "River Pleyt"in aşağı liqaya yuvarlanması isə dünya arenasında böyük səs-küyə səbəb olmuşdu. Çempionatı sonuncu pillərdə başa vuran komanda ümidini "play-off" oyunlarına bağlamışdı. Lakin "Belqrano" ilə "play-off" oyunlarında rəqibinə məğlub olan "River Pleyt" tarixində ilk dəfə olaraq aşağı liqaya yuvarlanmışdı. 

9. Ötən mövsüm "Porto"nun Avroliqanın qalib olması bir sıra hadisələrlə yadda qaldı. 2002-2003-cü il mövsümündə də bu sevinci yaşayan "Porto" bu dəfə titulu Joze Mourinyo ilə deyil, 33 yaşlı gənc məşqçi Andre Villas Boaşla qazandı. Komandanın kolumbiyalı hücumçusu Radamel Falkao 14 oyunda 17 qol vurmaqla Avroliqa tarixinə düşdü. Həmin ildə Portuqaliya çempionluğu yaşayan "Porto" eyni zamanda ölkə kubokuna da sahib çıxdı. Komandanın baş məşqçisi Boaş "Çelsi"yə, Falkao isə 40 milyon avro müqabilində "Atletiko" (Madrid) klubuna transfer olundu.

10. Nəhayət, 2011-ci ilə Rusiyanın "Anji" klubu da öz damğasını vurdu. Azərbaycanlı milyarder Süleyman Kərimovun komandası bir sıra dünya ulduzlarını heyətinə qatmaqla diqqət çəkdi. ilk öncə Roberto Karlosu transfer edən Mahaçqala təmsilçisi ardından Busufa, Balaş Dzudsak və Yuri Jırkovla gücləndi. Komandanın son bombası isə avqustun 23-də reallaşdı. "Anji" 28 milyon avro müqabilində "İnter" klubunun kamerunlu hücumçusu Samuel Eto'Onu heyətinə qatdı. 


Son xəbərlər