Əmrə Belözoğlu “Qalatasaray”ı türk futbol tarixinin ən yaxşı komandası adlandırdı

Əmrə Belözoğlu “Qalatasaray”ı türk futbol tarixinin ən yaxşı komandası adlandırdı
DÜNYA FUTBOLU 26 Dekabr 2011 / 10:20 2480
-  A +

İstanbulun “Fənərbaxça” klubunun kapitanı Əmrə Belözoğlu komandasının azarkeşlərinin qəzəbinə səbəb olacaq açıqlama verib.

Qol.Az-ın “Milliyyət” qəzetinə istinadən yaydığı məlumata görə, Əmrə “Fənərbaxça”nın barışmaz rəqibi olan “Qalatasaray”dakı çıxışlarının yada salaraq orada gözəl günlər keçirdiyini bildirib.
 Əmrə bir qədər də irəli gedərək bildirib ki, o, türk futbol tarixinin ən yaxşı komandasında – “Qalatasaray”da oynayıb.

Əmrə “Qalatasaray”ın 2000-ci ildə UEFA kubokunu qazandığı heyətin türk futboluna boyük töhfələr verdiyini də söyləyib.


Son xəbərlər