Ramin Musayev: "Belə şəraitdə uğur qazanmamaq günah olardı"

Ramin Musayev: "Belə şəraitdə uğur qazanmamaq günah olardı"
XƏBƏR 15 Dekabr 2011 / 00:27 2138
-  A +

Xəbər verdiyimiz kimi, ötən gün əvəzedici heyətlər arasında keçirilən Azərbaycan çempionatının 2010/2011-ci il mövsümünün qaliblərinin mükafatlandırılması keçirilib.

Qol.Az-ın məlumatına görə, ötən mövsümün çempionu olmuş “Bakı” klubunu mükafatlandıran Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev çıxışında bunları deyib:

"Bakı” klubunun bazasında oldum, Azərbaycanda ikinci belə baza yoxdu. Bu rəhbərliyin kluba olan böyük diqqətini göstərir və bu diqqətin qarşılığında futbolçulardan tələb olunur ki, bu gözəl bazada, gözəl məşq meydançalarında özlərini göstərsinlər, komandalarının adını yüksəltsinlər.

Hər klubun özünə görə bazası var. Ancaq “Bakı” klubunda olan bu imkanları mən xaricdə görmüşdüm. Belə şəraitdə uğur qazanmamaq günah olardı. Ötən mövsüm əvəzedici heyətdə oynayan bir neçə futbolçu artıq komandanın əsas heyətinə düşə bilib. Bunun özü də sevindirici haldı.

Arzu edirəm ki, sizləri həm klubunuzun əsas heyətində, həm də milli komandada görək. Biz çalışırıq ki, çempionat düzgün keçirilsin. Sizin də borcunuz odur ki, öz oyununuzla bütün futbolsevərləri sevindirəsiniz, klub rəhbərliyinin etimadını doğrultmalısınız".

 

Daha çox


Son xəbərlər