Danışılmış oyunda iştirak edənlər barədə hökm çıxarıldı

Danışılmış oyunda iştirak edənlər barədə hökm çıxarıldı
XƏBƏR 15 Dekabr 2011 / 00:08 2200
-  A +

Xorvatiya məhkəməsi danışılmış oyunların təşkilində günahlandırılan 15 futbolçu və idman məmurunun işi ilə bağlı hökm çıxarıb.

Qol.Az-ın məlumatına görə, müttəhimlər ölkə çempionatında danışılmış 8 oyunun təşkilində günahlarını boyunlarına alıblar.

Onların çoxu 10 aylıq həbs cəzasına və 250 min dollardan çox cəriməyə məhkum olunublar. Fırıldaqçılıqların təşkilatçıları – Xorvatiyanın 1, Sloveniyanın 2 vətəndaşı hərəyə 1 il həbsxanada yatacaqlar.

Hökm çıxarılana az qalmış daha 2 iri futbol məmurunun həbsi məlum olub. Xorvatiya polisi onları rüşvət almaqda ittiham edir.

Daha çox


Son xəbərlər