Zidan və Ronaldo yenidən yaşıl meydanlarda

Zidan və Ronaldo yenidən yaşıl meydanlarda
XƏBƏR 14 Dekabr 2011 / 12:34 3224
-  A +

Almaniyanın Hamburq şəhərində “Yoxsulluğa qarşı” devizi ilə futbol üzrə xeyriyyə matçı keçirilib.

Qol.Az-ın məlumatına görə, görüşdə “Ronaldo və Zidanın dostları” ilə “Hamburq”un ulduzları” üz-üzə gəlib.

Görüş birincilərin qələbəsi ilə yekunlaşıb – 5:4. Qalib komandadan Didye Droqba, Ronaldo, Xoan Kapdevilya, Miçel Salqado və Luiş Fiqu fərqlənib. Qarşılaşmada Ronaldo və Zidandan başqa Luiş Fiqu, Pavel Nedved, Didye Droqba, Yorq Alberts, Sergey Barbares, Fabio Kannavaro və digərləri iştirak ediblər. Oyundan əldə olunan bütün vəsait Şərqi Afrika ölkələri əhalisinə kömək fonduna göndərilib.

Qeyd edək ki, artıq futbolçu karyerasını başa vurmuş Ronaldo ilə Zinəddin Zidan vaxtilə İspaniyanın "Real" (Madrid) klubunun heyətində çiyin-çiyinə oynayıblar.

Daha çox


Son xəbərlər