Mübariz Mənsimov “Kanal D”ni almaq üçün masaya oturur

Mübariz Mənsimov “Kanal D”ni almaq üçün masaya oturur
XƏBƏR 13 Dekabr 2011 / 16:34 3791
-  A +

Dekabrın 14-də azərbaycanlı iş adamı və "Xəzər Lənkəran" klubunun sahibi Mübariz Mənsimov və türkiyəli media maqnat Aydın Doğan görüşəcəklər.

Qol.Az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, tərəflər A.Doğanın sahibi olduğu “Kanal D” telekanalının alqı-satqı məsələsini müzakirə edəcəklər.

Məlumatda həmçinin qeyd olunur ki, M.Mənsimovdan sonra “Beşiktaş” klubunun prezidenti Yıldırım Dəmirörən və tanınmış iş adamı Hüsnü Özyeğin də kanalı almaq fikrinə düşüblər. Lakin “Kanal D”ni almağa ən yaxın şəxs kimi bir daha M.Mənsimov göstərilir.

Daha çox


Son xəbərlər