"Bavariya" "Barselona" ilə eyni səviyyədə oynaya bilər"

XƏBƏR 13 Dekabr 2011 / 00:01 2411
-  A +

Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv maraqlı açıqlamaları ilə diqqət çəkib.

Qol.Az-ın məlumatına görə, alman mütəxəssis "Bavariya"nın "Real" (Madrid) və "Barselona" ilə eyni səviyyədə olduğunu düşünür.

"Bu ana qədər yüksək səviyyədə oynayan iki komanda var. "Real" (Madrid) və "Barselona". Ancaq "Bavariya"nı da unutmaq olmaz. Düşünürəm ki, "Bavariya" da "Real" və "Barselona" kimi eyni səviyyədə oynaya bilər.

Bunun üçün də Münhen təmsilçisi öz üzərində daha çox çalışmalıdır. İnanıram ki, "Bavariya" yaxın gələcəkdə "Real" və "Barselona" ilə başa-baş mübarizə aparacaq".


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi