Rus azarkeşlər özlərindən çıxdılar (VİDEO)

VİDEO 24 Noyabr 2011 / 10:59 2555
-  A +

Xəbər verdiyimiz kimi, Çempionlar Liqasının qrup mərhələsinin V turu çərçivəsində dünən keçirilən "Zenit" - APOEL matçında (0:0) qalmaqal yaşanıb. Qol.Az-ın məlumatına görə, matçın birinci hissəsində "Zenit"in azarkeşləri əllərində olan tüstülü məşəli meydana atıblar. Belədə meydanı görmək çətinləşib ki, bu da oyunun gedişatına mənfi təsir göstərib. Baş hakim oyunda ləngiməni nəzərə alaraq ilk hissəyə 4 dəqiqə əlavə edib. Lakin yerli fanatlar fasilədən sonra da dinc durmayıblar. Yenidən meydana yad maddələr atan azarkeşləri bu dəfə "Zenit"in futbolçuları və texniki heyəti sakitləşdirməyə çalışıb. Azarkeşlərin bu davranışı nəticəsində oyun ikinci hissədə daha 8 dəqiqə dayanıb. Onu da qeyd edək ki, "Zenit" klubunu UEFA tərəfindən ciddi cəza gözləyir.



Son xəbərlər