Quus Hiddink Türkiyə milllisindən qovuldu

Quus Hiddink Türkiyə milllisindən qovuldu
DÜNYA FUTBOLU 12 Noyabr 2011 / 13:25 3648
-  A +

Türkiyə milli komandasının baş məşqçisi Quus Hiddink və köməkçisi Oğuz Çətin postundan uzaqlaşdırılır.

Qol.Az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, Türkiyə Futbol Federasiyası Türkiyə milli komandasının öz meydanında Xorvatiya millisinə 0:3 hesabı ilə biabırçı məğlubiyyətə uğramasından sonra keçirdiyi toplantıda qərar verib.

Qərara əsasən 1,5 ildir ki, milli komandaya uğur qazandıra bilməyən Hiddink və köməkçisi Oğuz Çətin üçün noyabrın 15-də Xorvatiya millisinə qarşı keçiriləcək cavab matçı sonuncu olacaq.
 
Türkiyə millisinin baş məşqçisi postuna Abdullah Avcı gətiriləcək. Gələn həftənin çərşənbə axşamı keçiriləcək oyundan sonra bununla bağlı son qərar veriləcək. 


Son xəbərlər