Milli komandamız Moskvaya yollandı

XƏBƏR 26 Mart 2009 / 11:30 2376
-  A +

Martın 28-də dünya çempionatının seçmə mərhələsi çərçivəsində Moskvada Rusiya millisiylə qarşılaşacaq milli komandamız artıq vətəni tərk edib. Qol.Az-ın məlumatına görə, millimizi Bakıdan Moskvaya aparan təyyarə Bakı vaxtıyla 10:40-da vətəni tərk edib. AFFA rəsmiləri, jurnalistlər və bir qrup azarkeşlər də millimizlə birgə səfərə yollanıblar. Millimiz Rusiya paytaxtına aparan təyyarə Bakı vaxtıyla 13:30 radələrində Moskvanın "Domodedeva" aeroportuna enəcək. Ordadan da milli üzvləri qalacaqları "Zolotoye Koltso" otelinə yollanacaqlar. Bakı vaxtıyla saat 18:00-da millimiz oyunun keçiriləcəyi "Lujniki" stadionunda ilk məşqinə çıxacaq.

Daha çox


Son xəbərlər