Millimizin Rusiyayla oyununu belçikalı hakimlər idarə edəcək

XƏBƏR 25 Mart 2009 / 20:03 2350
-  A +

Martın 28-də milli komandamızın dünya çempionatının seçmə mərhələsi çərçivəsində səfərdə Rusiyaya qarşı keçirəcəyi oyunu idarə edəcək hakimlər müəyyənləşib. Qol.Az-ın məlumatına görə, qarşılaşmanı Belçika Futbol Federasiyasından olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Serj Qyumennidir. Ona Valter Vromans və Mark Simons kömək edəcəklər. Matçın dördüncü hakimi funksiyasını isə Lüks Vaulters yerinə yetirəcək.

Daha çox


Son xəbərlər