Berti Foqts Moskvada mətbuat konfransı keçirəcək

XƏBƏR 25 Mart 2009 / 13:22 2257
-  A +

DÇ-2010-un seçmə mərhələsi çərçivəsində martın 28-də Moskvada Rusiya millisiylə qarşılaşacaq milli komandamız “Zolotoye koltso” otelində qalacaq, martın 26-da saat 19:00-da (mətbuat və azarkeşlər üçün açıq) və 27-də Bakı vaxtı ilə saat 17:00-da “Lujniki” stadionunda məşq edəcək. AFFA-nın rəsmi saytının yaydığı məlumata görə, millimizin baş məşqçisi Berti Foqts martın 27-də saat 12:00-da “Zolotoye koltso” otelində mətbuat konfransı keçirəcək. Mətbuat konfransında milli komandanın kapitanının da iştirakı nəzərdə tutulub.

Daha çox


Son xəbərlər