Qus Hiddink: “Azərbaycan bizə qarşı əks-hücum taktikasını seçəcək”

XƏBƏR 25 Mart 2009 / 12:58 2353
-  A +

“Bu, çox yaxşı xəbərdir. Şadam ki, azarkeşlərimiz Rusiya millisinə bu qədər maraq göstərirlər. Demək, komanda öz oyunu ilə bu sevgini qazana bilib. Əminəm ki, şənbə günü “Lujniki”yə gələcək azarkeşlər milli üzvlərinin göstərəcəyi oyundan həzz alacaqlar”. Qol.Az-ın məlumatına görə bu sözləri Azərbaycanla matç öncəsi qarşılaşmaya 53 min biletin satılmasına münasibət bildirərkən “Sport Ekspress”ə Rusiya millisinin baş məşqçisi Qus Hiddink deyib. Hollandiyalı mütəxəssis komandamızın qarşıdakı oyunda daha çox müdafiəyə fikir verəcəyini düşünür: “Rusiya millisi həmişə hücum futbol oynayıb. Bunu dəfələrlə sübut etmişik və qarşıdakı oyunlarda bir daha bunun şahidi olacaqsınız. Çox gözəl başa düşürük ki, istər Azərbaycan olsun, istərsə də Lixtenşteyn, bizə qarşı oyunda ilk növbədə müdafiə xəttinə diqqət artıracaqlar. Əvəzində ümidlərini əks-hücumlara bağlayacaqlar. Bizdən tələb olunan rəqiblərimizi tam olaraq ciddiyə almaq və onlarla qarşılaşmaya məsuliyyətlə yanaşmaqdır. İstənilən halda bizə bu iki oyundan 6 xal götürmək lazımdır”. Hiddink rusiyalı həmkarımızın ona ünvanladığı “Artıq şənbə günü meydançaya buraxacağınız start “11-liy”ni bilirsinizmi?” sualına belə cavab verib: “Bəs siz? Nəyə görə bu sizə belə lazımdır? Bəli, bu artıq məlumdur. Lakin yalnız mənim üçün. Beynimdə start heyəti formalaşdırmışam”.
 

.
 
    

 

 

Daha çox


Son xəbərlər