Türkiyə millisinin "play-off"dakı rəqibi müəyyənləşdi

Türkiyə millisinin "play-off"dakı rəqibi müəyyənləşdi
DÜNYA FUTBOLU 13 Oktyabr 2011 / 16:09 5267
-  A +

Bu gün gün Avro-2012-nin “play-off” mərhələsinin püşkü atılıb. Qol.Az-ın məlumatına görə, püşkatma mərasimi Polşanın Krakov şəhərində baş tutub.

Millimizlə bir qrupda mübarizə aparan Türkiyə yığmasının "play-off"dakı rəqibi müəyyənləşib. Qardaş ölkənin komandası həlledici mərhələdə Xorvatiya ilə qarşılaşacaq.  Türkiyə

Qeyd edək ki, bu komandalar AÇ-2008-nin 1/4 final mərhələsində də üz-üzə gəlmişdilər. Həmin matçın əlavə hissəsində hərəyə bir dəfə fərqlənən komandaların duelində qalib oyundan sonra təyin olunan penalti zərbələrində müəyyənləşmişdi. Türkiyə millisi bu seriyada daha dəqiq oynayaraq Avropa çempionatının yarımfinalına vəsiqə qazanmışdı. “Play-off” mərhələsinin ilk oyunları 11-12 noyabr, cavab qarşılaşmaları 15-16 noyabrda keçiriləcək.



AÇ-2012-nin "play-off" mərhələsinin oyunları


Türkiyə - Xorvatiya

Estoniya - İrlandiya

Çexiya - Çernoqoriya

Bosnia- Hersoqovina - Portuqaliya


Son xəbərlər