Ağasəlim Mircavadov iki komandanı çempionluğa namizəd göstərdi

XƏBƏR 23 Mart 2009 / 16:45 2345
-  A +

“Çempionatın son turunda güclülər zəiflərlə qarşılaşdılar və gözlənildiyi kimi, qalib gələn iddialılar oldu. Turun daha çox maraq doğuran qarşılaşmaları “Simurq”-“Qarabağ” və “Olimpik”-“Standard” idi ki, həmin oyunlarda da qol vurulmadı”. Bu sözləri Qol.Az-a Premyer Liqanın son turunu dəyərləndirən təcrübəli mütəxəssis Ağasəlim Mircavadov deyib. Mircavadov çempionluq uğrunda əsas mübarizənin “Bakı” ilə “İnter” arasında gedəcəyini düşünür. Onun fikrincə, sabiq klubu “Xəzər-Lənkəran”ın bu mübarizəyə qoşulacağı çətin görünür: “Şəxsən mən inanmıram ki, “Bakı” ilə “İnter” çempionatın qalan hissəsində üstünlüklərini əldən versinlər. “Xəzər-Lənkəran”ın çempionluq şansının yoxluğunu demək olmaz. Sadəcə, bunun üçün lənkəranlıların bütün oyunlarını qələbə ilə başa vurmalıdır. Eyni zamanda “Bakı”  və “İnter” də gərək öz növbələrində büdrəsinlər. Bununla belə, futbol elə oyundur ki, burada hər şey mümkündür. Üstəlik unutmayaq ki, “Xəzər-Lənkəran”ın adları qeyd olunan komandaların hər ikisi ilə oyunları qalıb”.  


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi