Millimizin Avropa çempionatındakı rəqibləri məlumdur

XƏBƏR 23 Mart 2009 / 12:24 2286
-  A +

Martın 19-dan 22-nə kimi keçirilən seçmə mərhələnin yekununda futzal üzrə Avropa çempionatının final turnirində iştirak edəcək 12 komanda müəyyənləşib. Qol.Az-ın AFFA-nın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, bunlar yarışın ev sahibi Macarıstan, seçmə mərhələdə qrup qalibi olan Ukrayna, İspaniya, Çexiya, İtaliya, Belçika, Portuqaliya və Rusiya, həmçinin qruplarda 2-ci yeri tutanlardan dörd ən yaxşısı Belarus, Sloveniya və Serbiyadır.
Xatırladaq ki, futzal üzrə 6-cı Avropa çempionatı 2010-cu il yanvarın 19-dan 30-dək Macarıstanın Budapeşt və Debretsen şəhərlərində keçiriləcək.

Daha çox


Son xəbərlər