“Azərbaycan millisi layiq olduğu qələbəni qazandı”

XƏBƏR 23 Mart 2009 / 11:29 2392
-  A +

“Biz əvvəldən də bilirdik ki, Azərbaycan millisi güclü rəqibdir. Oyun vaxtı bunun bir daha şahidi olduq”. Qol.Az-ın AFFA-nın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, bu sözləri Portuqaliyanın Viana do Kaştelo şəhərində təşkil olunan futzal üzrə Avropa çempionatı-2010-un seçmə turniri çərçivəsində milli komandamızın 5:1 hesabı ilə məğlub etdiyi Finlandiya millisinin baş məşqçisi Youni Pihlaya deyib. Finlandiyalı mütəxəssis millimizin qələbəsini layiqli sayır: “Milli komandanız yüksək səviyyəli oyun nümayiş etdirdi və layiq olduğu qələbəni qazandı. Gələcək oyunlarda millinizə uğurlar arzulayıram”.

 

 

Daha çox


Son xəbərlər