Əsgər Abdullayev: "İkinci hissədə zəif oynadıq"

XƏBƏR 22 Mart 2009 / 20:18 2296
-  A +

"Standard"ın güclü rəqib olduğunu bilirdik. Buna görə də oyuna ciddi hazırlaşmışdıq". Qol.Az-ın məlumatına görə, bu sözləri "Standard"la oyunsonrası mətbuat konfransında "Olimpik"in baş məşqçisi Əsgər Abdullayev deyib. Ə.Abdullayev birinci hissədən fərqli olaraq, fasilədən sonra yetirmələrinin zəif oynadığını etiraf edib: "Standard"ın heyəti əsasən gənclərdən qurulub. Buna görə də onlar 90 dəqiqə ərzində meydanın hər qarışı uğrunda amansız mübarizə aparırlar. Öz futbolçularıma gəldikdə isə, onlar birinci hissədə daha yaxşı təsir bağışladılar. Lakin fasilədən sonra komandam bir o qədər də güclü oyun göstərə bilmədi. Heç-heçəyə görə təəssüflənirəm. Çünki qələbə qazasaydıq daha yaxşı olardı".     

Daha çox


Son xəbərlər