Rusiya millisinin hazırlıq planı məlum oldu

XƏBƏR 21 Mart 2009 / 12:30 2459
-  A +

Martın 28-də milli komandamızla qarşılaşacaq Rusiya millisinin qarşıdakı oyunla bağlı hazırlıq planı məlum olub. Qol.Az-ın “Sport-Ekspress”ə istinadən verdiyi məlumata görə, rəqibimiz martın 24-ü saat 12:00-da bir araya gələcək. “Grand Hotel Marriott”da məskunlaşacaq Rusiya millisi ilk məşqini də elə həmin gün saat 17:00-da “Lujniki”də keçəcək. Martın 25-də iki məşqə çıxacaq Qus Hiddinkin yetirmələtri sonrakı günlərdə yalnız 1 hazırlıqla kifayətlənəcəklər.
Xatırladaq ki, milli komandamız Rsuiay ilə martın 28-də, Bakı vaxtıyla saat 18:00-da “Lujniki” stadionunda üz-üzə gələcək.
Rusiya millisinin məşqçisi Aleksandr Borodyuksa bildirib ki, hazırlıq planında dəyişiklik olması da mümkündür. Bu haqda son qərarı Rusiya millisinin baş məşqçisi Qus Hiddink Moskvaya gəldikdən sonra verəcək.  

 


Son xəbərlər