Azərbaycan millisinin baş məşqçisi birincilik vəd etdi

XƏBƏR 20 Mart 2009 / 15:24 2328
-  A +

«Komandamız psixoloji cəhətdən özünü çox yaxşı göstərdi və sonadək mübarizə apardı». Bu sözləri Azərbaycanın futzal üzrə milli komandasının baş məşqçisi Joze Alesio da Silva Portuqaliyaya qarşı oyundan (3:3) sonra bildirib. Qol.Az-ın məlumatına görə, o, komandanın tapşırıqları yaxşı yerinə yetirdiyini vurğulayıb: «Onlardan kimisə fərqləndirmək istəməzdim. Çünki komanda halında yaxşı oynadıq. Növbəti mərhələyə çıxmaq şansımız böyükdür. Amma qalan oyunlarda imkan daxilində çox qol vurub, öz qapımızdan top buraxmamağa çalışmalıyıq. Növbəti matçlarda da belə oynasaq, qrupda 1-ci yeri tuta bilərik».


Son xəbərlər