Coko Haciyevski: “Bizim üçün fərqi yoxdur - “İnter”, “Neftçi” və ya “Bakılı”

XƏBƏR 19 Mart 2009 / 21:00 2429
-  A +

“Bakılı”nın autsayderlər qrupunda yer alması hələ heç nə demək deyil”. Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri “Bakı”nın baş məşqçisi Coko Haciyevski deyib. Makedoniyalı mütəxəxssis bildirib ki, rəqibin kimliyi onlar üçün heç bir önəm daşımır: “Bakılı” premyer-liqada qalmaq üçün yarışdığından hər oyuna xal qazanmaq üçün çıxır. Bununla belə biz onlara sürprizə imza atmağa imkan verməyəcəyik. Rəqibin kimliyi bizim üçün əhəmiyyətsizdir. Fərqi yoxdur “Neftçi”yə, “İnter”ə və ya “Bakılı”ya qarşı oynayırıq. Biz bütün oyunlara eyni gözlə baxıb, ciddi hazırlaşırıq. Əminliklə deyə bilərəm ki, rəqibimiz autsayder olsa da, biz onlarla oyuna gəzməyə yox, oyun nümayiş etdirməyə çıxacağıq”.


 

Daha çox


Son xəbərlər