“Olimpik”in futbolçusu İsveçrə millisinə qarşı oynaya bilər

XƏBƏR 19 Mart 2009 / 17:28 2481
-  A +

“Olimpik”in müdafiəçisi Sergey Laşenkov Moldova milli komandasının heyətinə dəvət alıb. Qol.Az-ın Moldova mətbuatına istinadən verdiyi məlumata görə, ölkəmizdə çıxış edən Laşenkov Moldova milli komandasının heyətində dünya çempionatının seçmə mərhələsində İsveçrəyə qarşı keçiriləcək oyunlarda iştirak edə bilər. İlk oyun aprelin 27-də Kişinyovda keçiriləcək. 4 gündən sonra isə komandalar İsveçrədə qarşılaşacaqlar. Xatırladaq ki, Moldova milli komandasının baş məşqçisi İqor Dobrovolskinin dəvət göndərdiyi 27 futbolçu arasında Laşenkovdan başqa, ölkəmizdə çıxış edən daha bir futbolçu - “Bakı”nın müdafiəçisi Aleksey Savinov da var.      

Daha çox


Son xəbərlər