Xodukin narahatdır

XƏBƏR 19 Mart 2009 / 14:23 2357
-  A +

“Turan” arzuolunmaz, güclü rəqibdir. Xüsusən də komanda öz meydanında inamlı çıxış edir”. Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri premyer-liqanın XIX turunda səfərdə “Turan”ın qonağı olacaq “İnter”in baş məşqçisi Valentin Xodukin deyib. Ukraynalı məşqçini narahat edən yeganə məqam milli komandadakı futbolçularının durumudur: “Turan”ın “Neftçi”yə qarşı son oyununu izləmişəm. Həmin oyun bir daha göstərdi ki, tovuzlular heç də zəif deyillər və istənilən rəqiblə başa-baş mübarizə apara bilərlər. Heyətlə bağlı heç bir problemimiz yoxdur. Lakin məni narahat edən yeganə məsələ milli komandadakı futbolçuların hazırkı durumudur. Onlar bir neçə gündür ki, millinin düşərgəsindədirlər. Buna görə də futbolçuların hazırkı durumundan xəbərim yoxdur”.    

Daha çox


Son xəbərlər