Nazim Əliyevin yeganə ümidi Subaşiçdir

XƏBƏR 18 Mart 2009 / 22:00 2383
-  A +

“Rusiya ilə oyunda alınacaq nəticə seçiləcək taktikadan asılı olacaq. Ümumiyyətlə, isə rəqibə qarşı yaxşı oynamaq olar. Ən azından ona görə ki, bizə tanış olan komandadır”. Bu sözləri Qol.Az-a Azərbaycan çempionatlarının ən sərrast bombardiri Nazim Əliyev deyib: “Hazırda millinin heyətində normal futbolçularımız var. Ən azın Türkiyədə legioner həyatı yaşayan Rəşad Sadıqovla İlqar Qurbanovun öz səviyyələrini sübut edəcəyinə inanıram. Bu futboldur. Bu mənada Rusiyadan xalla geri dönməyimiz mümkünsüz deyil”. N.Əliyev Moskvadakı qarşılaşmada hücumçularımızın da üzərinə böyük iş düşəcəyini düşünür. Amma ön xətt oyunçularımıza o qədər də bel bağlamır: “Hücumçularımız gərək irəlidə rəqib müdafiəçiləri gərginlik altında saxlasınlar ki, onlar da böyük qüvvə ilə üstümüzə gəlməsinlər. Ön xətt oyunçusunun əsas vəzifəsi isə təbii ki qol vurmaqdır. Təəssüf ki, bizdə bunu bacaracaq futbolçu yoxdur. Yalnız Branimir Subaşiç öz səviyyəsinə və oyununa görə bunu edə bilər. Hamı Vaqif Cavadovu, Vüqar Nadirovu gənc, təcrübəsiz futbolçu adlandırır. Amma bu ifadənin özü düzgün deyil. Həm Vaqif, həm də Vüqar U-17-dən bu tərəfə bütün yaş qrupundan olan milli komandalarda oynayıblar və kifayət qədər də təcrübə toplayıblar. Artıq bunu xərcləməyin vaxtıdır”.

 

Daha çox


Son xəbərlər