Belə təsadüf olmur! UEFA kubokunu alan və almaq istəyən «Qalatasaray»lar arasındakı yeddi qeyri-adi bənzərlik

Belə təsadüf olmur! UEFA kubokunu alan və almaq istəyən «Qalatasaray»lar arasındakı yeddi qeyri-adi bənzərlik
DÜNYA FUTBOLU 17 Mart 2009 / 17:56 4692
-  A +

«Hamburq-Qalatasaray» Dərnəyinin İdarə Heyətinin üzvü Mustafa Karaman 1999/2000-ci il mövsümündə UEFA kubokuna qazanan «Qalatasaray»la hazırkı «Qalatasaray» arasındakı inanılmaz yeddi bənzərlik olduğunu söyləyib. Qol.Az-ın məlumatına görə, bu bənzərliyi əlində əsas tutan M.Karaman «Qalatasaray»ın bu mövsüm UEFA kubokunu qazanacağı qənaətinə gəlib: «Bütün bu bənzərliklər «Qalatasaray»ın bu il UEFA kubokunu alacağına işarə vurur».
M.Karamanın üzə çıxardığı «yeddi bənzərlik» bunlardır:

1. 1999/2000 mövsümünün dövrələrarası fasiləsində «Qalatasaray»ın 5 nömrəli futbolçu Tuqay Kərimoğlu Dik Advokatın çalışdırdığı «Qlazqo Reyncers» klubuna keçdi. Bu mövsüm İstanbul klubunun 5 nömrəli oyunçusu Meyra mövsümün ortasında həmin Dik Advokatın çalışdırdığı Rusiyanın «Zenit» klubuna transfer oldu.

2. «Qalatasaray» 1999/2000-ci il mövsümünün Çempionlar liqasının qrup mərhələsində Berlinin «Herta» komandasını rəqib meydanında 4:1 hesabıyla məğlub etdi. Bu mövsüm UEFA kuboku matçında «Herta»nı yenə rəqib meydanında məğlubiyyətə uğradıb (1:0).

3. «Qalatasaray» 1999/2000-ci il mövsümündə «Milan»ı son dəqiqə qoluyla 3:2 hesabıyla məğlub edərək UEFA yoluna davam etdi. «Bordo»yla bir neçə gün əvvəl keçirilən oyunda hesab 3:3 olarkən «Qalatasaray» son dəqiqədə Ardanın qoluyla fransız klubunu mübarizədən kənarlaşdırdı.

4. 1999-2000-ci il mövsümündə UEFA kubokunun pley-off mərhələsinin üçüncü turunda «Qalatasaray»a uduzan komandanın adı «Bolonya» idi. Bu mövsüm «Qalatasaray» UEFA kubokunun pley-off mərhələsinin üçüncü turunda adı «B» hərfiylə başlayan başqa bir komandanı - «Bordo»nu mübarizədən kənarda qoydu.

5. Doqquz il öncə dördüncü turda Almaniyanın «Borussiya» (Dortmund) klubu ilə qarşılaşmış və mübarizəni davam etdirmişdi. «Qalatasaray»ın dördüncü turdakı bu dəfəki rəqibi də alman klubudur. «Cim-Bom» «Hamburq»u keçməyə çox yaxındır.

6. 1999/2000-ci ildə «Qalatasaray»ın UEFA kubokunun ¼ finalındakı rəqibi adı "M" hərfi ilə başlayan «Malyorka» olmuşdu. Bu dəfə «Hamburq»u keçəcəyi təqdirdə «Qalatasaray»ın ¼ finalda adı "M" hərfiylə başlayan üç potensial rəqibi var: «Marsel», «Mançester Siti» və «Mettalist».

7. 1999-2000-cı ildə «Qalatasaray» UEFA kubokunu adı «K» hərfiylə başlayan Kopenhagen şəhərində qazanmışdı. Bu mövsüm isə final Kadıköydə olacaq.

 


Son xəbərlər