Emin Ağayev: “Azərbaycan futboluyla maraqlanmıram”

Emin Ağayev: “Azərbaycan futboluyla maraqlanmıram”
XƏBƏR 17 Mart 2009 / 17:50 2593
-  A +

“Dünən Kislovodskda keçirdiymiz təlim-məşq toplanışı çərçivəsində üçüncü yoxlama oyunumuzu keçirdik. “Anquşt”la 1:1 başa çatan qarşılaşmada 90 dəqiqə forma geydim”. Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri Rusiyanın “Volqa” klubunda çıxış edən həmyerlimiz Emin Ağayev deyib. E.Ağayev klubdakı fəaliyyəti barədə bunları söyləyib: “Volqa”yla 1 illik yeni müqavilə imzlamışam. Amma bu mövsümdən etibarən oynayan məşqçi kimi fəaliyyət göstərirəm. Kislovodskdakı hazırlığımız yaxşı keçir. Buradan da Krımska yollanacağıq. Yeni mövsümöncəsi son hazırlıq prosesini məhz orada keçəcəyik. Yeni mövsüm aprelin 20-də start götürəcək”.
Millimizin keçmiş qapıçısı Aleksandr Jidkovun “Volqa”ya gəlişindən məmnun olduğunu deyən Emin, Azərbaycan futboluyla maraqlanmadığını bildirib: “Jidkovun da burda olması məni sevindirir. Əvvəllər futbolçu kimi biryerdə oynayırdıq, indi isə həm də məşqçi kimi birgə fəaliyyət göstəririk. Azərbaycan futboluyla maraqlanmıram. Amma futbolçularla tez-tez əlaqə saxlayıram”.   


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi